Ölünü motosikletə mindirdilər

Ölünü motosikletə mindirdilər

Ölünü motosikletə mindirdilər

Bir qrup gənc mərhum dostlarını tabutdan çıxararaq son dəfə motosikletə mindirib.

Polemika.az xəbər verir ki, hər  kəsi  şoka salan hadisə Ekvadorda baş verib.

Portoviexo şəhərində 21 yaşlı gənci naməlum şəxslər güllələyib. Gəncin cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib. 

Oğlanın meyiti dəfn edilməyə aparılarkən qəribə hadisə baş verib. Mərhumun dostları meyiti tabutdan çıxarıb. Daha sonra isə cəsədi sonuncu dəfə motosikletə mindirərək yola düşüblər. Hadisə anı kameralara əks olunub. Qısa zamanda sosial şəbəkələrdə paylaşılan video izləmə rekordu qırıb.

Məlum olub ki, gənc oğlan motosiklet həvəskarı imiş.

Ölünü motosikletə mindirdilər