Paytaxtda yaşayış binasında yanğın oldu

Paytaxtda yaşayış binasında yanğın oldu

Paytaxtda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb. Yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtda yaşayış binasında yanğın oldu