"O qədər yalan danışdı ki, axırda istefa verməli oldu” "...Azərbaycanın xeyrinə deyil"

"O qədər yalan danışdı ki, axırda istefa verməli oldu”

"O qədər yalan danışdı ki, axırda istefa verməli oldu” "...Azərbaycanın xeyrinə deyil"

“Son 30 ilin prosesləri, eyni zamanda, 2020-ci ilin 44 günlük müharibə göstərdi ki, ermənilərin dövlət və lobbi siyasəti, media qurumları büsbütün yalan üzərində qurulub”.

Bu sözləri Polemika.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli bildirib.

Mütəxəssis erməni mediasının təhrif olunmuş məlumatlarla dolu olduğunu qeyd edib:

“44 günlük Vətən müharibəsi bitəndən bir müddət sonra Ermənistan mediasında “News.am” saytı “müharibə xronologiyaları” adlı rublika yaratdı. Həmin xronologiyalarda Ermənistanın Baş nazirinin və ümumilikdə dövlət qurumlarının müharibə dövründə danışdığı yalanların statistikası çıxarılırdı”.

Ekspert əlavə edib:

“Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyinin sabiq sözçüsü Artsrun Ovannisyan 44 günlük müharibədən sonra istefa verdi. İstefanın səbəblərindən biri də əhaliyə danışılan yalanlarla bağlı idi. O etiraf etdi ki, vəzifədə olduğu üçün ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin verdiyi yalan məlumatları yaymağa məcbur olub.

Bu cür faktların sayını kifayət qədər çoxalda bilərik. Bütün bunlar onu göstərir ki, Ermənistanda həm dövlət, hakimiyyət, həm də media səviyyəsində verilən məlumatlar büsbütün yalançı təbliğat üzərində qurulub”.

Media eksperti vurğulayıb ki, döyüş bölgələrində müharibə bitsə də, diplomatiya və informasiya müstəvisində hələ də davam edir:

“Heç kim zəmanət verə bilməz ki, 44 günlük müharibədən sonra ermənilər artıq yalan danışmır. Yəni bu yalançılıq, yalan danışma, informasiyanı təbliğata tabeetmə siyasəti Ermənistan dövləti, hakimiyyəti, erməni şəbəkəsi və mediası üçün xarakterik bir haldır. Təbii ki, bir düşmən, rəqib ölkə olaraq həmin informasiyalar Azərbaycanın xeyrinə deyil və bu cür informasiyalara istinad etmə Azərbaycan mediasını çaşdıra bilər”.

“Bəzən götürülümüş informasiyalar dəqiqləşdirilmədən, araşdırma aparılmadan Ermənistan mediasında necə varsa, eləcə də tirajlanır. Hikmət Hacıyevin bu mövzuda fikirlərləri həqiqəti əks etdirir. İmkan vermək olmaz ki, Azərbaycan mediası erməni KİV-nin təsiri altına düşsün”, - deyə müshaibimiz əlavə edib.

Rafi MÜSLÜMOV

"O qədər yalan danışdı ki, axırda istefa verməli oldu” "...Azərbaycanın xeyrinə deyil"