“O deputatlar güzgüyə baxanda heç xəcalət çəkirlərmi?” – YAP rəsmisindən sərt açıqlama

“O deputatlar güzgüyə baxanda heç xəcalət çəkirlərmi?” – YAP rəsmisindən sərt açıqlama

“O deputatlar güzgüyə baxanda heç xəcalət çəkirlərmi?” – YAP rəsmisindən sərt açıqlama

“Son günlər Milli Məclisin deputatları ilə jurnalistlər arasında qarşıdurmanın, qarşılıqlı tənqid və təhqirlərin şahidi oluruq. Artıq bu cür hallar ənənəyə çevrilib və “durun, durdurun” deyən yoxdur. Mən bu cür halları qınayıram və günahı bizim deputatlarda görürəm”.

“Polemika.az” xəbər verir ki, bunu keçmiş millət vəkili, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev deyib. O, bildirib ki, parlament milyonlarla seçicini təmsil edən bir orqandır və xalqın güzgüsü adlandırmaq olar:

“Düşünürəm ki, millət vəkillərimiz bu güzgüyə baxanda heç özləri özlərindən, öz danışıqlarından və hərəkətlərindən xəcalət çəkib tər tökürlərmi? Anlayırlarmı ki, onlara səs verən secicilər verdikləri səsə görə peşmançılıq çəkirlər. Millət vəkili danışığında, davranışında, duruşunda və oturuşunda hər kəsə nümunə olmalidir. 

Toxunulmazlıq statusundan istifadə edib məsuliyyətsiz çıxışlar və hərəkətlər etməməlidirlər! Keçmiş bəzi deputatların toxunulmazlığının ləğv edilib, həbsxanaya düşmələri bunlara dərs olmayıbmı? 

Mən keçmiş millət vəkili və bir vətəndaş, seçici olaraq onu deyə bilərəm ki , 1995-ci ildən bu günkü parlamentimizə qədər olan dövürdə, bu cür utancgətirici və məsuliyyətsiz deputatlara rast gəlməmişəm. 

Bəzi deputatların səhlənkarlığı, məsuliyyətsiz çıxışları, etik davranış qaydalarına riayət etməmələri nəticəsində, bütöv Azərbaycan parlamenti barəsində əhali və seçicilər arasında pis rəylər formalaşıb və mətbuatda, sosial şəbəkələrdə, internet televiziya kanallarındada indiki parlamentin vaxtından əvvəl buraxılması məsələsini qaldırırlar. 

Odur ki, hörmətli deputatlar: özünüzü parlamentdə hiss edin, "dövlət məmurunun etik davranış qaydaları haqqında" qəbul etdiyimiz qanuna əməl edin! Azərbaycan vətəndaşlarını, seçicilərinizi və ailənizi düşünün ki, onlar sizin əvəzinizdən xəcalət çəkməsinlər!

Jurnalistlərdən xahişim ondan ibarətdir ki, rəhmətlik Mirzə Ələkbər Sabir demişkən: "düzü düz, əyrini əyri, pisi həmvari yazın". Şərdən, böhtandan, qərəzdən və qisasçılıqdan uzaq olun!”.

 

“O deputatlar güzgüyə baxanda heç xəcalət çəkirlərmi?” – YAP rəsmisindən sərt açıqlama