İrəvan sakinləri sərhədin açılqmasına necə yanaşır? - Sorğu

İrəvan sakinləri sərhədin açılqmasına necə yanaşır?

İrəvan sakinləri sərhədin açılqmasına necə yanaşır? - Sorğu

İrəvan sakinlərinin 6,9%-i Ermənistan-Türkiyə sərhədinin mümkün açılmasını birmənalı şəkildə bəyənir.

Polemika.az xəbər verir ki, bu barədə fevralın 11-də jurnalistlərlə görüşdə Gallup Beynəlxalq Assosiasiyasının nümayəndəsi Aram Navasardyan məlumat verib.

Onun sözlərinə görə, respondentlərin sərhədlərin açılmasını 15,6%-i daha çox bəyənir, 7,6%-i əksinə, bəyənmir, 54,6%-i qətiyyən bəyənmir, 15,3%-i cavab verməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 18,2%-i Ermənistan hökumətinin türk mallarına embarqonu ləğv etmək qərarını birmənalı şəkildə bəyənir, 20% daha çox bəyənir, 11,8% əksinə, 39,2% qətiyyən təsdiq etmir, 10,8% cavab verməkdə çətinlik çəkib.

Telefon sorğusu 2022-ci il yanvarın 24-dən fevralın 2-dək 800 vətəndaş arasında aparılıb.

İrəvan sakinləri sərhədin açılqmasına necə yanaşır? - Sorğu