Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı

Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı

Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.

Polemika.az xəbər verir ki, bu barədə S. Zurabişvili keçirdiyi brifinqdə deyib. Bildirib ki, sabiq Prezident M. Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib.

“Mənim sabiq prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib – yox və heç vaxt”, deyə S. Zurabişvili bildirib.

Xatırladaq ki, Gürcüstana qeyri-qanuni yollarla gəldiyi bildirilən M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib./APA

Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı