Otel otaqları niyə boşdur? - "Proqnoza görə, hələ 2 il gözləməliyik"

Otel otaqları niyə boşdur? - "Proqnoza görə, hələ 2 il gözləməliyik"

Otel otaqları niyə boşdur? - "Proqnoza görə, hələ 2 il gözləməliyik"

İlk 9 ayda Azərbaycanda otellərdəki yerlərin 88.8%-i istifadəsiz qalıb. bu barədə Dövlət Statistika Komitəsi açıqlama yayıb. Nəzərə alsaq ki, hazırda Azərbaycanın 53 ölkəyə gediş-gəliş mövcuddur, bu, gələcək dönəmdə otel sektorunda hansısa irəliləyişin baş verməsinə köməklik edə bilərmi?

Turizm üzrə ekspert Cabir Dövlətzadə Polemika.az-a bildirib ki, pandemiya dövründə qarşılıqlı gediş-gəliş olan ölkələrin sayı mərhələli şəkildə artıb: 

“Əvvəl 2, ondan sonra 9, daha sonra 20, sonrasında 33, daha sonra 20 ölkə, son nəticədə 53. Yəni hazırda 53 ölkəylə aktiv şəkildə işləməliyik. Amma dünyada 250-dən çox ölkə var, Azərbaycan 200-ə yaxın ölkə ilə pandemiyadan öncə işləyirdi və bunların çoxuyla turistik fəaliyyət vardı”.

Ekspertin sözlərinə görə, gələn müştərilərin 80-90%-i biznes müştərilərdir:

“Biznes müştərilər isə daha çox 5 ulduzlu otellərə üstünlük verir. 2 və 3 ulduzlu yerlər, əsasən boş qalıb. Çünki bazarda müştəri sayı həddindən artıq azdır. Rəqabət mövcud deyil, rəqabət olduqda potensial müştəri sayı artır. Hazırda bazarda zəif və ortaya doğru gedən bir hərəkətlənmə var. Ölkələrin sayı artdıqca gələn müştərilərin də sayı artacaq”.

Cabir Dövlətzadə ümid edir ki, 2022-ci il mart ayından etibarən orta, 2023-cü ildən etibarən isə turizmdə tamamən düzəlmə vəziyyəti mövcud alacaq:

“Ümumiyyətlə, Dünya Turizm Təşkilatı da (WTO) deyir ki, otellərin pandemiyadan əvvəlki dövrlə müqayisədə eyni halda tam bərpa olunacağı il 2023-cü ilin yaz və yay aylarıdır. Biz də gözləyirik ki, pandemiya dövrü bitsin, amma hazırda koronavirusun növbəti ştammı ortaya çıxıb və bu da qorxuducu haldır. Azərbaycanda qapanma olacaqmı, ya yox, bu, ümumi işimizə mənfi təsir göstərir.

Son olaraq isə bunu demək istəyirəm ki, ümid yaxşı şeydir və ümid ən sonda ölür. Biz də fikirləşirik ki, hər şey yaxşı olacaq”, – deyə ekspert fikirlərini tamamlayıb.

Rafi Müslümov

Otel otaqları niyə boşdur? - "Proqnoza görə, hələ 2 il gözləməliyik"