Nəsibə Zeynalova Milli Teatr bayramı günü anıldı

Nəsibə Zeynalova Milli Teatr bayramı günü anıldı

Nəsibə Zeynalova Milli Teatr bayramı günü anıldı

Bu gün, martın 10-u Azərbaycanda Milli Teatr bayramı və ustad sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür.

Yenisbaah.az xəbər verir ki, 149 illik Milli Teatr tariximizin Nəsibə Zeynalovasız 18 ili tamam olur. 

Hər il olduğu kimi Nəsibə Zeynalovanın anım günündə doğmaları, sənət dostları Fəxri Xiyabanda ustad sənətkarın məzarını ziyarət edib.

Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda, Azərbaycan milli realist aktyor məktəbinin banisi, xeyriyyəçi, görkəmli teatr xadimi Kərbəlayı Cahangir Zeynalovun ailəsində dünyaya gəlib.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb.

O, 2004-cü ildə vəfat edib.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Nəsibə Zeynalova Milli Teatr bayramı günü anıldı