Məşhurların həyatı niyə hamı üçün maraqlıdır? - "Pərvin Abiyeva kimlə hardasa..."

Məşhurların həyatı niyə hamı üçün maraqlıdır?

Məşhurların həyatı niyə hamı üçün maraqlıdır? - "Pərvin Abiyeva kimlə hardasa..."

Məşhurların şəxsi həyatından bəhs edən xəbərlər həmişə geniş auditoriyanın diqqət mərkəzindədir. Təkcə ənənəvi media deyil, sosial şəbəkələrdə də “o kimlə nə etdi”, “hansı brenddən geyindi”, “hansı restoranda yemək yedi”, “nə qədər pul ödədi” sayaq sualların cavabını öyrənmək istəyən böyük kütlə var.

Bəs nə üçün insanlar başqasının həyatına burunlarını soxurlar? Ümumiyyətlə, məşhurların həyatı ictimaiyyətə açıq olmalıdırmı?

Polemika.az-a açıqlama verən psixoloq Aytən Ələkbərli bildirib ki, əvvəllər məşhurların həyatından maraqlananda hansısa örnək götürülürdü. İnsanlar bu örnəkləri öz həyatına sintez edirdi.

“Şəxs özünə bir kumir seçə, onun hansı uğur yollarından keçdiyini bilərək öz həyatını şəkilləndirə bilər, ancaq bunu fanatiklik dərəcəsinə çatdırdığımız zaman öz həyatımıza zaman ayırmış olmayacağıq, onun həyatını yaşamış olacağıq. Keçmişdə örnək götürdüyümüz aktyor, aktrisa, sənət adamı var idisə, təəssüflər ki, artıq bu məsələ bəsitləşməyə başlayıb. Bu, əslində, bir yönəlişdir və bu 2 halda təzahür edir: şüurlu və şüursuz.

Şüurlu yönəlişlər hazırda yadda qalmır. Elə aktrisa, aktyorlarımız var ki, həqiqətən örnək olur. Ancaq şüursuz addımlar tez yadda qalır, məsələn, kiminsə sinəsi açıldı mütləq mən də səhnəyə sinəsi açıq çıxmalıyam, yadda qalım deyə. 

Cəmiyyətdə yönəlişdə problem var. Sənət adamları hər zaman diqqət mərkəzindədirlər, onların hər hərəkəti xalqın nəzərindədir. Şəxsən bir izləyici kimi Pərvin Abiyeva kimlə hardasa nəsə keçirdi, bu niyə mənə maraqlı olsun?”

A.Ələkbərli qeyd edib ki, örnək götürdüyümüz şəxslərə mütləq şəkildə diqqət etməliyik:

“Çünki bəzən onlar həyatımızı yönləndirə bilir. Hər kəs fərddir, öz həyatını yaşamalıdır. “Sadəcə mən” prinsipi rol oynamalıdır. Mən bu kumirdən hansı yaxşı tərəfləri, hansı pis tərəfləri götürürəm. Bunlar fərdin inkişafında əsaslı rol oynayır. Biz boş-boş o bunu etdi, bu onu etdi demək yerinə, həmin şəxsin maarifləndirici yönlərini müzakirə etməliyik. Bax, o zaman həqiqətən başqalarının həyatını yaşamış olmayacağıq. Bir sözlə, elə yaşamaq lazımdır ki, başqalarının həyatı ilə maraqlanacaq vaxtımız olmasın”.

Ayzel

Məşhurların həyatı niyə hamı üçün maraqlıdır? - "Pərvin Abiyeva kimlə hardasa..."