Uşaqları əlindən alınan ana üsyün etdi: - "Mətanət İsgəndərlidən qorxurlar"

Uşaqları əlindən alınan ana üsyün etdi:

Uşaqları əlindən alınan ana üsyün etdi: - "Mətanət İsgəndərlidən qorxurlar"

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidovanın (Canana) hələ də idiasından geri addım atmır. Boşandığı Kərim Həmidovdan hər üç övladını geri almaq istəyən ana sonadək mübarizə aparmaq niyyətindədir. 

Polemika.az-a danışan Canana məhkəmənin son qərarını ədalətsiz hesab edib və övladlarını geri almaq üçün əlindən gələni edəcəyini deyib:

“Məhkəmənin qərarından narazıyam, Ali Məhkəməyə də şikayət müraciət edəcəyəm. Bir ana olaraq əlim hara çatırsa, mütləq müraciət edəcəyəm. Mən balalarımı geri almaq istəyirəm, onlar üçün yaşayıram. Qoymaram ki, balalarım əziyyət çəksin. Onlar ana qucağında böyümüş uşaqlardır. 

Hakimin son qərarı məni çox üzdü, heç gözləmirdim. Çünki o da bir atadır, onun da övladları var. Özü də görürdü ki, əvvəllər mən hər dəfə məhkəməyə uşaqlarım yanımda gəlirdim, bir neçə dəfə mənim yanımda uşaqları da dindirmişdi. Uşaqlarım atası, nənəsi Moskvada olanda məni seçmişdilər. Sonra onlar gəldi, uşaqları aparıb saxladılar, özlərini pulla, gəzməyə aparmaqla sevdirdilər. Hakimə dedim: “Siz axı bunları görürsünüz, niyə belə edirsiniz? Axı bir ildir gözünüzün qabağındayam, gəlib-gedirəm, belə ədalətsiz qərarı necə verdiniz?” Məhkəmədən sonra səhər gedib cavabı götürəndə mənə o qədər pis təsir elədi ki… Bu insanlığa sığmayan bir şeydir. Bu qədər insan məsələni izləyir, yazırlar ki, anada qalmalıdır. Axı onlar mənim körpələrimdir. Böyüyü başa düşdük, amma o birilər hələ körpədir axı. Böyük oğlumdan soruşdum: “Tuncay, niyə belə elədin?” Dedi: “Ana, mən bilmirəm niyə belə edirəm. Sadəcə bilirəm ki, sən əziyyət çəkəcəksən, bizi saxlamaq üçün çox çalışmalı olacaqsan, amma atamgilin pulu var, rahat qazanırlar”. Baxırsan ki, uşaq həm öyrədilib, həm də anasına yazığı gəlir”.

O bu məsələdə Ayan Babakişiyevadan başqa heç bir sənət adamından dəstək görmədiyini qeyd edib:

“Bu mövzuda müğənni Ayan Babakişiyevadan başqa yanımda kimsə olmadı. Mən bəzi məşhurlarla danışıram, bəzən özləri də mənimlə əlaqə saxlayırlar. Deyirlər: “Sən sıradan biri olsaydın, bu mövzuda dəstək olardıq, lakin sənət yoldaşımızın gəlinisən deyə, biz məcburuq ki, Mətanət xanıma dəstək verək”. Bu faktdır. Buna görə heç kimi qınamıram, sənət yoldaşlarıdır, ola bilər. Amma ədaləti heç kim görmür. Mən Ayan xanıma təşəkkür edirəm. Hamı yazır: “Axır ki, şou-biznesdən bir məşhur səsinizə səs verdi”. İnanırsınız, hamısı qorxur, risk eləmirlər”.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Əsmətxanım

 

Uşaqları əlindən alınan ana üsyün etdi: - "Mətanət İsgəndərlidən qorxurlar"