Nərimanov rayonunda Vətən müharibəsi şəhidi anım günündə yad edildi - Fotolar

Nərimanov rayonunda Vətən müharibəsi şəhidi anım günündə yad edildi - Fotolar

Nərimanov rayonunda Vətən müharibəsi şəhidi anım günündə yad edildi - Fotolar

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edilmiş Sənan Şahin oğlu Abdullayevin xatirəsi şəhadətinin ildönümündə Nərimanov rayon ictimaiyyəti tərəfindən yad edilib.

Polemika.az xəbər verir ki, 19 noyabr 2021-ci il tarixdə şəhid Sənan Abdullayevin anım günü ilə bağlı öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Müdafiə Nazirliyinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid Sənan Abdullayevin ailə üzvləri və qohumları, döyüş yoldaşları, rayonun digər şəhid ailələri, rayon gəncləri şəhidin uyuduğu II Fəxri Xiyabana gəlib, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Sənan Abdullayevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra digər şəhid olmuş qəhrəman Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına güllər qoyulub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan onlara səbr diləyiblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildiriblər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilib, haqq-ədalət bərpa olunub. 

Daha sonra şəhidin anım mərasimi keçirilərək ehsan verilib, ruhuna dualar oxunub. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edən Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Həmçinin çıxış edən Abdin Fərzəliyev qeyd edib ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. O vurğulayıb ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Sonda Vətən Müharibəsi şəhidi atası Şahin Abdullayev çıxış edərək oğlu ilə qürur duyduğunu bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.     

Nərimanov rayonunda Vətən müharibəsi şəhidi anım günündə yad edildi - Fotolar