"Növbədənkənar seçkilərə hazır olmalıyıq" - "Qərarımızı vermişik"

"Növbədənkənar seçkilərə hazır olmalıyıq"

"Növbədənkənar seçkilərə hazır olmalıyıq" - "Qərarımızı vermişik"

“Artıq xeyli müddətdir, cəmiyyətdə və siyasi kluarlarda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər dolaşmaqdadır. Son aylarda növbədənkənar seçkilərin keçirilməsini labüd edən səbəblərin sayı artmaqda davam edir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) başqanının müavini Gülşən Hacıyeva deyib.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) vahid seçki siyahılarını dəqiqləşdirməsi məsələsinə gəlincə, bu, prosedur qaydadır:

“Mütəmadi olaraq, MSK-nin seçici siyahılarını dəqiqləşdirlməsi həyata keçirilir.

Hesab edirik ki, şəffaf, demokratik seçkilərin keçirilməsi artıq yeni dövrün tələbidir. Qarşısında böyük vəzifələr duran Azərbaycan cəmiyyətinin bütün spektrini özündə cəmləşdirən yeni düşüncəli parlament və bələdiyyərə böyük ehtiyacı var.

Məlum həqiqətdir ki, hər hansı bir seçki istənilən siyasi partiyanın özünüifadə formasıdır. Siyasi təşkilatlar eyni zamanda seçki vasitəsilə özünü cəmiyyətdə təsdiq edə bilər. Seçkilərin partiyalar üçün önəmi də daha çox bununla bağlıdır. Hər bir partiya öz fəaliyyətini seçkilərə hesablamalı, istənilən şəraitdə seçkilərdə iştiraka hazır olmalıdır”.

G.Hacıyeva onu da vurğulayıb ki, seçkilərdə iştirak etmək nəticə etibarilə insanların siyasi fəallığının artırılmasına və cəmiyyətdəki balansın bərpa olunmasına gətirib çıxarır:

“Buna görə də siyasi təşkilatlar növbədənkənar seçkilərə hazır olmalı, bu yöndə fəaliyyətdə bulunmalıdırlar.

AY Partiyanın seçkilərə hazırlıq məsələsinə gəldikdə, diqqətinizə çatdıraq ki, dairəmizdə Seçki Qərargahı yaradılıb. Biz bu barədə qərarı ötən ilin sonlarında vermişik. O baxımdan partiyamız hər an seçki olacaqmış kimi, proseslərə hazırlaşır”.

Rafi MÜSLÜMOV

"Növbədənkənar seçkilərə hazır olmalıyıq" - "Qərarımızı vermişik"