“ Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl” - Qeraşenkodan Kadırova açıq xəbərdarlıq

“ Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl” - Qeraşenkodan Kadırova açıq xəbərdarlıq

“ Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl” - Qeraşenkodan Kadırova açıq xəbərdarlıq

Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Çeçenistanın başçısı Ramzan Kadırova açıq müraciət edib.

«Ələkeçməz kadırovçular Ukraynanın geniş ərazisində. Rus təbliğatı dayanmadan düdük çalır ki, bax, indicə kadırovçular Ukraynaya gələcəklər və hamıya hər şeyi göstərəcəklər. Ramzan Kadırova açıq müraciət edirəm: Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl, Kiyevə, Xarkova və ya Mariupola hücuma başçılıq elə, öz bacarığını və Putinə sədaqətini İnstaqramda yox, döyüş meydanında göstər» - Qeraşenko özünün teleqram-kanalında yazıb.

O, həm də əlavə edib ki, bütün insanlar ölümlüdür. Ancaq ukraynalı hərbçilər qəhrəman kimi ölürlər, ruslar, buryatlar və çeçenlər isə «iyrənc çəyirtkə kimi» məhv olacaqlar. «Bütün insanlar ölümlüdürlər. Ruslar da, buryatlar da, çeçenlər də, ukraynalılar da. Amma ukraynalılar öz evlərini, torpaqlarını müdafiə edərək, qəhrəman kimi ölürlər. Siz ruslar, buryatlar və çeçenlər burada iyrənc çəyirtkə kimi - özgənin evini alçaqcasına talayan çəyirtkə kimi məhv olacaqsınız. Çeçenlər barəsindəki təmsillərdən və nağıllardan qorxmaq lazım deyil. Bizim güllələr, «Qrad»lar, PTURlar onları da digər işğalçılar kimi «dənləyəcək»lər» - Qeraşenko əlavə edib.

“ Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl” - Qeraşenkodan Kadırova açıq xəbərdarlıq