Argentinada "Omicron"a yoluxma rəsmən qeydə alındı

Argentinada "Omicron"a yoluxma rəsmən qeydə alındı

Argentinada "Omicron"a yoluxma rəsmən qeydə alındı

Argentinada koronavirusun "Omicron" ştammı ilə ilk yoluxma halı təsdiqlənib.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Argentina vətəndaşı Cənubi Afrikadan ABŞ vasitəsilə qayıdıb və noyabrın 30-da ölkəyə daxil olub.

Gedişdən əvvəl və gəliş zamanı etdiyi hər iki test mənfi nəticə verib.

Dekabrın 2-də karantində olarkən o, ikinci testdən keçib və müsbət nəticə qeydə alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirusa qarşı tam peyvənd olunmuş səyahətçidə xəstəliyin heç bir əlaməti yoxdur.

Noyabrın 29-da Argentina hakimiyyəti Afrika ölkələrində olan bütün səyahətçilər üçün ölkəyə daxil olmamışdan əvvəl 14 gün ərzində məcburi karantin tətbiq edib.

Argentinada "Omicron"a yoluxma rəsmən qeydə alındı