Putindən hər üçüncü uşağa bir milyon hədiyyə

Putindən hər üçüncü uşağa bir milyon hədiyyə

Putindən hər üçüncü uşağa bir milyon hədiyyə

Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində yaşayan ailələrə hər üçüncü uşaq və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib.

“Yeni Sabah” bildirir ki, o hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin edilməsi məsələsinə baxılmasını tapşırıb. Bu müavinəti uşağın doğulmasını VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi) qeydiyyatdan keçirən ailələr ailə biləcək.

Vəsaiti regionda yaşayış sahəsinin alınmasına və ya tikintisinə yönəltmək olar. Prezidentin bu tapşırığı üzrə məruzəni baş nazir Mixail Mişustin etməlidir.

Bundan başqa hökumətə noyabrın 3-dək Uzaq Şərq dairəsindəki tibb müəssisələrinin vətəndaşların, o cümlədən COVID-19-a yoluxmadan sonra tibbi reabilitasiyası üçün proqrama cəlb edilməsi tapşırılıb.

Bundan başqa ucqarlarda və əhalinin seyrək yaşadığı regionlarda dövlət tibb müəssisələrinin maliyyələşdirmə mənbələrinin formalaşdırılması üçün xüsusi tədbirlər həyata keçirilməlidir. Belə tibb müəssisələrinin kreditlər üzrə borclarının silinməsi üçün federal büdcədən əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə bütün məruzələr Putinə noyabrın 1-dək edilməlidir.

 

Putindən hər üçüncü uşağa bir milyon hədiyyə