FTB məxfi sənədlərə aşkarlıq verdi

FTB məxfi sənədlərə aşkarlıq verdi

FTB məxfi sənədlərə aşkarlıq verdi

FTB (Federal Təhqiqat Bürosu) 11 sentyabr terror aktı ilə bağlı yeni sənədləri ictimaiyyətə açıqlayıb.

Polemika.az "AP"yə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 11 sentyabr hadisələrində şübhəli bilinən Səudiyyə ərəbistanlı Fəhad əl-Sümeyri, Ömər əl-Beyumi və Musaid əl-Cərrah haqqında FTB-nin araşdırma və məlumat qeydlərindən ibarət 700 səhifədən çox yeni məxfi sənədləri ictimaiyyətlə paylaşıb.

FTB-nin uzun cəhdlərinə baxmayaraq, biri Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin əməkdaşı olan üç Səudiyyə vətəndaşının hücumda əli olduğuna dair heç bir sübut tapa bilməyib.

FTB məxfi sənədlərə aşkarlıq verdi