Neftin qiyməti “fontan vurdu”:  113 dollar...

Neftin qiyməti “fontan vurdu”:  113 dollar...

Neftin qiyməti “fontan vurdu”:  113 dollar...

Martın 3-də Brent markasından olan neftin qiyməti bir qədər də qalxaraq bir barrel üçün 113 dollar olub.

“Polemika.az” xəbər verir ki, bu, 2014-cü ilin iyunundan bəri ən yüksək qiymətdir. Bu arada treyderlər ən böyük qiymət güzəştinə baxmayaraq Rusiya neftini satmaqda çətinlik çəkirlər.

BBC yazır ki, bu, Rusiyanın Ukraynaya hücumu ilə bağlı daşıma və ödənişdə yaranmış çətinliklərlə bağlıdır. Britaniyada mənzillənmiş Energy Aspects konsaltinq firmasının hesablamasına görə hazırda Rusiyanın bazara çıxardığı neftin 70 faizi müştərisiz qalıb.

Məsələn, martın 1-də neft treyderi Trafigura bir tanker Rusiya neftinin qiymətindən 18.60 dollar güzəşt etsə də, üzərinə risk götürən müştəri tapa bilməyib.

 

Neftin qiyməti “fontan vurdu”:  113 dollar...