"Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi" - Ekspert

"Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi" - Ekspert

"Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi" - Ekspert

Bu gün “Azəri light” markalı neftin qiyməti yenidən bahalaşıb – 92 dollar. Bu artımın ölkəmizə zərəri və ya faydası nədir?

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Polemika.az-a açıqlamasında qeyd edib ki, neftin bahalaşması ilə Azərbaycanın manevr etmə imkanı yaranır. Ən sadə təbirlə, ölkəyə daha çox valyuta gəlir. Özəl sektor və ya şirkətələrə yox, birbaşa hökumətə. Neftin büdcə qiyməti 45 dollarla götürülüb, indiki halda qiymət artımı 2 dəfə çox pul deməkdir. Bir sözlə, neftin qiymətinin qalxmasının Azərbaycana faydası böyükdür”.

Akif Nəsirli manatın devalivasiya ehtimalının azaldığını da bildirib: “Hazırda valyuta kursunun saxlanması, yəni manatın devalivasiyası aktualdır. Çoxları gözləyir ki, manat devalivasiyaya uğrayacaq və hökumət də buna hazırdır. Amma “qara qızıl”ın bahalaşması manatın devalivasiyasını gecikdirmə imkanı yaradır”.

Mehri QURBAN

"Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi" - Ekspert