Nazirlik açıqladı: bu gün 22 min ağac əkilib

Nazirlik açıqladı: bu gün 22 min ağac əkilib

Nazirlik açıqladı: bu gün 22 min ağac əkilib

Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik, genişmiqyaslı ağacəkmə tədbirləri və ting paylama aksiyaları ilə ilaxır çərşənbəni qeyd etdik.

Polemika.az xəbər evrir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, ilaxır çərşənbə günü  ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında keçirildi və ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi.

“Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edildi”.

Nazirlik açıqladı: bu gün 22 min ağac əkilib