Ermənistanda siyasi fəallar təqib olunur

Ermənistanda siyasi fəallar təqib olunur

Ermənistanda siyasi fəallar təqib olunur

“Bu yaxınlarda polis Karapet Poqosyanı Gümrüdə amansız güc tətbiq edərək həbs edib”.

Polemika.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri jurnalist Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

Həbs zamanı o, qəsdən yerə yıxılıb, Karonun xəsarətləri var, qolu sınıb. İndi həbs üçün zəmin yaratmağa çalışırlar. Qondarma küfrün kriminallaşdırılması adı altında söz azadlığına məhdudiyyətlər qoyulur və müxaliflərə siyasi repressiya edilir.

Avropa Birliyinin buradakı səfiri isə deyir ki, “Bağdadda hər şey sakitdir”.

Qeyd edək ki, Karapet Poqosyan Gümrüdən olan siyasi fəal və müxalifətçidir.

O, Paşinyan iqtidarına qaşrı sərt çıxışları ilə seçilir.

Ermənistanda siyasi fəallar təqib olunur