Nazir müavini: “Tələbə kreditlərinin illik faizi çox aşağı olacaq”

Nazir müavini: “Tələbə kreditlərinin illik faizi çox aşağı olacaq”

Nazir müavini: “Tələbə kreditlərinin illik faizi çox aşağı olacaq”

Ölkəmizdə bir sıra kommersiya bankları tələbələrə kreditlər verir. Ancaq faiz dərəcələri yüksək olur.  

Polemika.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev Təhsil Tələbə Kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə deyib.

Tələbələrə ən aşağı faiz dərəcəsi 16% tətbiq olunacaq. Sosial kreditlər üzrə illik faiz dərəcəsi 2%, standart kreditlər üzrə isə 6% olaraq müəyyən edilmişdir.

Sosial kreditlərdən faydalanan tələbənin müvəffəqiyyət göstəricisi 71 və daha çoxdursa, bu zaman həmin semestr üçün ona faiz hesablanmayacaq. Əgər tələbə təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarıdırsa,bu zaman ona verilən kredit və ona hesbalanmış məbləğə 50% güzəşt ediləcək.

Standart kreditlərdə isə müvəffəqiyyət göstərici 71 və daha çoxdursa bu zaman həmin semestr ona kredit faizi hesablanmayacaq. Əgər ümumi təhsil  müddətində göstəriciləri 91 baldan yuxarıdırsa, o zaman  ona verilən kreditdə və buna hesablanmış məbləğin qaytarılmasına 25%güzəşt ediləcək.

Nəzrin Vahid

Nazir müavini: “Tələbə kreditlərinin illik faizi çox aşağı olacaq”