"Belə mənasız qərarlar üzündən gənclər Azərbaycanda oxumaq istəmir" - Etiraz

"Belə mənasız qərarlar üzündən gənclər Azərbaycanda oxumaq istəmir"

"Belə mənasız qərarlar üzündən gənclər Azərbaycanda oxumaq istəmir" - Etiraz

Texnoloji yeniliklər əmək bazarının təklif və tələbatına dəyişiklik gətirib. Amma Azərbaycanın mövcud təhsil sistemi bu yeniliklərlə ayaqlaşa bilmir.

Cəmiyyətdə bu səbəbdən müəyyən narazılıqlar var. Hər gün təhsillə bağlı yeni qərarların ortaya çıxması bu sahədə qeyri-müəyyənlik yaradıb.

Qəbul imtahanında fənlərin sayının çox olması abituriyentlərin uğursuz nəticə əldə etməsinə səbəb olur. Nəticədə abituriyent istəmədiyi ixtisasa qəbul olur. Həmin şəxs dilom alsa da, gələcəkdə iş problemi ilə üzləşir.

Tanınmış təhsil eksperti Ramal Şəmşədli Polemika.az-a açıqlamasında deyib ki, təhsildəki boşluqlar əmək bazarında gənclərimizin uğur qazanmasına mane olur:

“Bu gün təhsildə uğursuzluqlarımız var. Təhsildəki boşluqlar gənclərimizin əmək bazarında uğur qazanmasına mane olur. Səbəb də uyğunsuz ixtisasların, fənlərin olmasıdır. Çünki özümüzü onların yerinə qoymadan bu adımı atırıq.

Bu seçimlər nəticəsində də abituriyent balına görə istəmədiyi ixtisası oxumaq məcburiyyətində qalır. Həmin ixtisası oxusa da o peşəni davam etdirmir. Universiteti bitirib, diplomu alır. Lakin o diplom heç nəyinə yaramır. İşsiz biri kimi qalır”.

Ekspertin sözlərinə görə, abituriyent iki fənn-­riyaziyyat və ingilis dilindən imtahan verməklə istədikləri ixtisasa qəbul ola bilərlər:

“Xaricdəki kimi riyaziyyat və ingilis dilindən imtahan verməklə istədikləri ixtisasa qəbul ola bilərlər. ADA universitetində elədir. Bu proses bütün universitetlər də tətbiq edilə bilər.

Bu qərarları qəbul edənlər köhnədən qalanlardı deyə, gəncləri özləri kimi görürlər. Özlərini o vaxt necə görürdülərsə, gəncləri müqayisə edirlər. Amma bilməlidirlər ki, artıq elə bir dövrdür ki, bütün sahələrdə asanlaşma gedir. Ona görə də biz çalışmalıyıq ki, daha asan yolla gedək. Gənclərimizin təhsil almağını istəyiriksə, bu kimi güzəştləri etməliyik.

Hər il Azərbaycandan xaricə minlərlə tələbə üz tutur. gedir. Bu çox önəmli bir məsələdir. Səbəb araşdırılmalıdır. Səbəb belə mənasız qərarların qəbul edilməsidir”.

Nəzrin Vahid 

"Belə mənasız qərarlar üzündən gənclər Azərbaycanda oxumaq istəmir" - Etiraz