Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”

Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”

Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”

“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq sabit inkişaf edir".

"Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib.

O bildirib ki, bu tədbir sayəsində Udmurtiyanın biznes imkanları haqqında müəyyən təsəvvür yarandı. Onun sözlərinə görə, B2B görüşləri əməkdaşlıq imkanlarını daha da gücləndirəcək.

“Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir. Bununla belə, daha böyük inkişaf üçün potensial mövcuddur”, - N.Səfərov vurğulayıb.

O, həmçinin biznes forumun gedişində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri və bu ərazilərin iqtisadi potensialı haqqında məlumat təqdim edildiyini söyləyib.

Nazir müavini: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq sabit inkişaf edir”