Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion İDDİA - BU TARİXDƏ KEÇİRİLƏCƏK

Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion

Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion İDDİA - BU TARİXDƏ KEÇİRİLƏCƏK

Ermənistan mediası noyabrın 26-da Putin-Əliyev-Paşinyan görüşünün keçiriləcəyi ilə bağlı iddia yayımlayıb.

Polemika.az xəbər verir ki, görüşün bu tarixdə və Soçidə keçiriləcəyi ilə bağlı iddialar erməni teleqram kanallarında yayılıb.

Teleqram kanalları məlumatı etibarlı mənbələrdən aldıqlarını açıqlayıblar. 

Onu da qeyd edək ki, Ermənistan hökuməti iddia ilə bağlı açıqlama verməyib. 

Xatırladaq ki, bir müddət öncə də Putin-Əliyev-Paşinyan görüşü barədə məlumat yayılmış, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da belə bir görüşün mümkünlüyü ilə bağlı açıqlama vermişdi. Lakin sonradan Paşinyanın görüşə razılıq verməməsi və sərhəddə baş verən erməni təxribatları liderlər arasında planlaşdırılan danışıqların təxirə salınmasına səbəb olmuşdu.

 

Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion İDDİA - BU TARİXDƏ KEÇİRİLƏCƏK