Namaz qılarkən səs salan itin sahibini güllələdi
Namaz qılarkən səs salan itin sahibini güllələdi
Türkiyənin Antalya şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Polemika.az xəbər verir ki, restoranların birində dostu ilə birlikdə yemək yeyən Metehan Gözükara naməlum şəxs tərəfindən öldürülüb.
O, iti ilə birlikdə restorana gəlib. Heyvanın hürməsi restoran yaxınlığında namaz qılan şəxsin qəzəbinə səbəb olub. Həmin şəxs öz silahıya Metehana yaxınlaşıb, "İtin amazımı pozdu", - deyərək atəş açıb.
Nəticədə ürəyindən güllə yarası alan Metehan ölüb, dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, cinayəti törədən şəxs saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.