Nadir Qafarzadə: "“Hamıya çirkin olsam da..."

Nadir Qafarzadə: "“Hamıya çirkin olsam da..."

Nadir Qafarzadə: "“Hamıya çirkin olsam da..."

Əməkdar artist Nüşabə Ələsgərlinin karantin dövründə maddi sıxıntı keçirmiş  həmkarları ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub. 

"Teymur Əmrahın ömürboyu pulu olmayıb. Nəinki pandemiyada, elə əvvəl də. Niyam Salami yaxşı pul qazanır. Nadir Qafarzadə pulsuz qalmayıb, amma dəyər-dəyməzinə qızıllarını satıb. Mən heç nə satmadım", – deyən Ələsgərli birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Polemika.az-a danışan müğənni Nadir Qafarzadə pandemiyada da dolana bildiyini deyib:

“Bilmirəm, fikir verirsiniz, ya yox, amma Allah heç vaxt bəndəsini darda qoymur, təki ürək təmiz olsun. Allah yaxşı bəndəsini, ürəyi təmiz, heç kimə pislik etməyən bəndəsini görür və onu gec-tez mükafatlandırır. Nə qədər ki, qəlbində kin-küdurət, paxıllıq var, onun-bunun evini yıxmaq istəyirsən, yetimə qapaz vurub çörəyini əlindən almaq istəyirsən, onda heç vaxt Allah sənə ruzi verməyəcək.

Bunu mən sizə deyirəm. Artıq 51 yaşım olacaq, həyatı görə-görə gəlmişəm, dünyanı gəzmişəm, həyatın ağ üzünü də, qara üzünü də, yaxşını da, pisi də görmüşəm. Allah yaxşı bəndəsini daha çox sevir. Deyir ki, əmr elədiyim kimi yaşayırsansa, səni qiymətləndirəcəyəm.

Bəzən insanlar şərh yazırlar ki, müğənnilər qudurublar. Xeyr, heç kəs qudurmayıb.  Allah görür ki, biz qudurmamışıq, qudursaq, bizə ruzi verməz. Hələ ki Allahın yanında balaca da olsa, hörmətimiz var. Həyat budur, yaxşı olsan, yaxşı şeylər görəcəksən. Allah hər kəsin köməyi olsun. Bir misal var: “Allah hamının ürəyinə görə versin”. Bunu yalandan deməyiblər”.

Müğənni yeni gəlini haqqında da fikirlərini bildirib:

“Mən bu gün çox xoşbəxtəm artıq qayınatayam, gəlinimiz var. Gəlinim kiminə gözəl oldu, kiminə çirkin, əsas odur bizə xoşdur. Mahnıda da deyildiyi kimi, “Hamıya çirkin olsam da, yarıma göyçək olaydım”. Bizə xoşdur, oğlum seçib, onlar bizim üçün dünyanın ən şirin, gözəl cütlüyüdür. İnsanı gözəl görmək istəyirsənsə, sənin gözlərin gözəl olmalıdır. Qəlbin nə qədər çirkin, kinli olacaqsa, dünya gözəlini belə kifir görəcəksən. Gözlər qəlbin aynasıdır. Çalışın, gözəl beyinlə düşünüb,gözəl ürəyinizlə yaşayıb, həyata da gözəl baxasınız”.  

Əsmətxanım

Nadir Qafarzadə: "“Hamıya çirkin olsam da..."