Cavanşir Məmmədov gəlininə qoyduğu qadağalardan danışdı

Cavanşir Məmmədov gəlininə qoyduğu qadağalardan danışdı

Cavanşir Məmmədov gəlininə qoyduğu qadağalardan danışdı

Əməkdar artist Cavanşir Məmmədov ailəsi haqda açıqlamaları ilə gündəmə gəlib.

Polemika.az xəbər verir ki, MTV telekanalında yayımlanan “Üzə-düz” proqramının qonağı olan ifaçı övladları ilə birgə yaşadığını deyib:

"Oğlum, qızım, hamımız bir evdə yaşayırıq. Yatanda hamı öz otağına keçir. Mənim bacım, qardaşım olmayıb. Ev şəraitini elə seçmişəm ki, hamı yanımda olsun. Bir də insan tək olanda qəmə köklənir. Amma ətrafında çox adam olanda, xəstələnəndə biri gəlir dərman verir, başını oxşayır".

Sənətçi gəlini barədə də danışıb:

"Gəlinim iki həftədən bir oğluma deyir ki, olar atamgilə gedim. Bu qanunu biz qoymuşuq. Hərdən yoldaşıma da deyirəm ki, get qardaşıngilə. Fikri dağılsın. İnsan bir-birindən doymamalıdır.

Bir gün oğluma dedim ki, heç həyat yoldaşınla dalaşmırsız? Bir yerdə yaşamaq çox çətindir”.

Cavanşir Məmmədov gəlininə qoyduğu qadağalardan danışdı