Kamillə Gülay niyə ayrı-ayrı evdə yaşayır? - VİDEO

Kamillə Gülay niyə ayrı-ayrı evdə yaşayır? - VİDEO

Kamillə Gülay niyə ayrı-ayrı evdə yaşayır? - VİDEO

"Dəfələrlə olub ki, anama, Sahilə xalaya (qayınanası - red.) zəng edib zülm-zülm ağlamışam. Biri var yaxşı ana olmayam, amma ətrafım bilir necəyəm. Məni başa salırlar ki, qızım, qız uşaqları ataya meyilli olurlar. Amma arada xətrimə dəyir".

Polemika.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Səhər mərkəzi" proqramında deyib.

O, qızı Sahilə haqda sualları cavablandırıb. Gülay övladının atası, idmançı Kamil Zeynallı ilə daha çox vaxt keçirməsi haqda danışıb.

Sənətçi atası ilə münasibətlərinin soyuq olması haqda da danışıb:

"Atamı çox sevmişəm. Amma atasından dəstək olan övladlara sözün yaxşı və pis mənasında həsəd aparmışam ki, niyə atamın yanında böyümürəm? Allahın yazdığı qisməti milyon bəndə gəlsə, silə bilməz. Mən də qismətlə razılaşıb kənara çəkildim. Nə anama, nə atama pis övlad olmuşam".

Gülay "Kamil Zeynallı ilə evinizi ayırmısınız" sualına "Allah hamıya nəsib etsin. Kamilin anasının, mənim anamın evi var. Mənim də evim və bağım. Kamil yardımlarla bağlı orda-burda qalır. İnsanların düşüncəsidir... Hər güclü kişinin arxasında qadın, qadının arxasında isə kişi olur. Kamilin adından deyirəm, onu Kamil edən anası, məni Gülay edən isə öz anamdır. Bizim valideynlərdən aldığımız tərbiyədir", - cavabını verib./Axsam.az

Həmin görüntüləri təqdim edirik:

Kamillə Gülay niyə ayrı-ayrı evdə yaşayır? - VİDEO