Məxfi qurumlardan hansı Putini devirməyə qadirdir? - "Birləşsələr, tam mümkündür"

Məxfi qurumlardan hansı Putini devirməyə qadirdir? - "Birləşsələr, tam mümkündür"

Məxfi qurumlardan hansı Putini devirməyə qadirdir? - "Birləşsələr, tam mümkündür"

“Bu məsələdə Sergey Narışkini çıxın, çünki xarici kəşfiyyat heç vaxt Putini devirə bilməz”.

Bu sözləri Polemika.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

O, FSB generalları Sergey Orestoviç və Anatoli Bolyuxun həbsi, habelə onların Vladimir Putini devirməyə cəhd göstərməsi ilə bağlı iddiaları şərh edib:

“Xarici kəşfiyyat (SVR) sadəcə informasiyanı çatdırmaqla məşğuldur. Yerdə qalan məsələlər müəyyən dərəcədə FSB-nin üzərinə düşür, amma bir şərtlə. FSB orduya əsaslanmasa, yalnız öz gücüylə məsələni həll etməyə çalışsa və ordu bu işə qarışmasa, çevriliş cəhdinin reallaşması çətindir. Çünki çevrilişdə fiziki güc əsas amildir.

Əgər DİN və FSB birləşsə, ola bilsin ki, ordu neytral qalsın. Amma ordu bu məsələni özü də həll edə bilər. Yəni Sergey Şoyqu.

Söhbət Vladimir Putinin hakimiyyətinin devirilməsindən gedir. Reallığa əsaslansaq, Narışkinin rəhbərlik etdiyi SVR tamamilə istisna olunur ”.

İ. İsmayıl vurğulayıb:

“FSB-nin 2 generalının həbsinə gəlincə, inanmıram ki, bu generallar məhz Putini devirmək haqqında fikirləşsinlər. Bunu ancaq FSB-nin rəhbəri, yəni Aleksandr Bortnikov edə bilər. İkinci, üçüncü şəxslər FSB-də o gücə sahib deyil. Düzdür, FSB-nin öz xüsusi təyinatlıları var".

QRU-ya (hərbi kəşfiyyat) gəldikə isə onlar Müdafiə Nazirliyinin tərkibindədir. Onun dağıdıcılıq gücü var. Yalnız FSB və QRU birləşib müdafiə nazirini çevriliş cəhdinə məcbur edə bilər, yaxud ən azı onu neytrallaşdırar. Amma birləşsələr, tam mümkündür", - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məxfi qurumlardan hansı Putini devirməyə qadirdir? - "Birləşsələr, tam mümkündür"