Pakistanın Azərbaycandakı səfiri ölkəsinin istəyini səsləndirdi

Pakistanın Azərbaycandakı səfiri ölkəsinin istəyini səsləndirdi

Pakistanın Azərbaycandakı səfiri ölkəsinin istəyini səsləndirdi

“Pakistan böyük bazardır və biz istərdik ki, bu bazara daha çox Azərbaycan məhsulu daxil olsun. Bu, iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq”.

Polemika.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Haee bildirib.

Səfir iki ölkə arasında olan iqtisadi əlaqələri şərh edərkən deyib:

“Pakistanın beynəlxalq aviaşirkətləri nəinki Azərbaycanla birbaşa reyslərin açılmasında, hətta burada ofisin açılmasında da çox maraqlıdırlar. Bunda yeganə maneə COVID-19-dan sonra Azərbaycanın viza prosesini tam bərpa etməsidir. Biz minlərlə pakistanlının Azərbaycana səfər etməyə hazır olduğunu görürük”.

Pakistanın Azərbaycandakı səfiri ölkəsinin istəyini səsləndirdi