Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Polemika.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata görə, nazirlər, ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu