Erməni mediasının “etibarlı diplomatik mənbələri” - Sənəd imzalanacağı ilə bağlı xəbər niyə ortaya atılıb?

Erməni mediasının “etibarlı diplomatik mənbələri” - Sənəd imzalanacağı ilə bağlı xəbər niyə ortaya atılıb?

Erməni mediasının “etibarlı diplomatik mənbələri” - Sənəd imzalanacağı ilə bağlı xəbər niyə ortaya atılıb?

"Erməni mediası “etibarlı diplomatik mənbələrə” istinadən, noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan arasında iki yeni sənədin imzalanacağı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, əgər hər hansı “fors-major” hal baş verməzsə, sənəd Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında imzalanacaq: “Birinci sənəd Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiya və demarkasiyası ilə bağlıdır. Bakı və İrəvan SSRİ silahlı qüvvələrinin Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsasən, bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanımağa hazırlaşırlar. Bu xəritələr barəsində Rusiya prezidenti Valday Klubunda təsadüfən danışmayıb. İkinci sənəd isə, baş nazir müavinlərinin sonuncu görüşündə artıq əldə olunmuş razılaşmaları – regional kommunikasiyaların, dəhliz və yolların açılmasını, həmçinin Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında kommunikasiyanın qurulmasını və digər bu kimi məsələləri əhatə edir”".

Polemika.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, Ermənistan mediasının yaydığı bu məlumatla bağlı rəsmi mövqe açıqlanmayıb, bu da öz növbəsində məlumatın həqiqiliyini şübhə altına alır.

"Digər tərəfdən, SSRI-nin yarananması haqqında bəyannamə 1922-ci il dekabrın 29-da imzalanıb. Məhz bu baxımdan, SSRİ Silahlı Qüvvələrinin Mərkəzi Qərərgahının 1920-ci il tarixli xəritələrinin olması mümkün deyil. Çünki 1920-ci ildə nə SSRİ vardı, nə də onun silahlı qüvvələrinin baş qərargahı".

E.Mirzəbəyli qeyd edib ki, məlumatda yer alan “əgər fors-major hal baş verməzsə” ifadəsi də, xəbəri Ermənistan mediasına ötürən “etibarlı mənbə”nin etibarsızlığından xəbər verir:

"Xəbərin, əsasən Ermənistanın qərbyönümlü mediasında yayımlanması isə, bəzi şübhələrə yol açır: Ola bilsin ki, Qərb dairələri imzalanması nəzərdə tutulan hansısa sənədlərlə bağlı məlumat alıblar və Ermənistanın ictimai rəyini bu prosesin əleyhinə yönəltmək üçün hərəkətə keçiblər.

Xəbərin həqiqiliyini şübhə altına alan məqamlardan biri də, “diplomatik mənbədən verilən məlumatda” sənədlərin məhz noyabrın 9-da imzalanacağının qeyd olunmasıdır. Ermənistanın kapitulyasına aktına imza atdığı gündə belə sənədləri imzalayacağı inandırıcı görünmür".

Erməni mediasının “etibarlı diplomatik mənbələri” - Sənəd imzalanacağı ilə bağlı xəbər niyə ortaya atılıb?