"Məni paltarlı dəfn edin, ateistəm" - Türk aktyorun vəsiyyəti

"Məni paltarlı dəfn edin, ateistəm" - Türk aktyorun vəsiyyəti

"Məni paltarlı dəfn edin, ateistəm" - Türk aktyorun vəsiyyəti

Türk aktyor İlyas Salman vəsiyyətini açıqlayıb.  

Polemika.az xəbər verir ki, o, qonaq olduğu teleproqramların birində verdiyi açıqlaması ilə diqqət çəkib.

"Maho ağa" obrazı ilə yaddaşlara həkk olunan sevimli aktyor geyimi ilə dəfn edilməsini istəyib. 

Bununla yanaşı, o vəsiyyət edib: "Dəfnimə nə ələvi baba, nə sünni xoca, nə ravi, nə də keşiş gəlsin. Sadəcə, dostlar məni xalq mahnılarının müşayiəti ilə son səfərimə yola salsınlar". 

Qeyd edək ki, ötən illərdə ateist olduğunu açıqlayan İlyas Salman, "Mən cənnət və cəhənnəmə inanmıram. Mən ateistəm. İbadət edəcək qədər axmaq deyiləm", - deyərək gündəm mövzusuna  çevrilmişdi. 

"Məni paltarlı dəfn edin, ateistəm" - Türk aktyorun vəsiyyəti