Dilarə boşanmasından danışdı: “Qışqırmaqdan səsim işləmirdi” - Video

Dilarə boşanmasından danışdı: “Qışqırmaqdan səsim işləmirdi” - Video

Dilarə boşanmasından danışdı: “Qışqırmaqdan səsim işləmirdi” - Video

“Bir müddət dost olmuşduq. Bilirdim ki, mənə aşiqdir. Hər şey məndən asılı idi, “hə” desəydim, ailə quracaqdıq. Toy haqda düşünmüşdük, amma Avroviziya müsabiqəsinə görə vaxtını dəyişdik. Mənim də ona sevgim var idi. Etibar etdim, amma düzgün seçim etmədim. Bilmirəm niyə belə oldu”.

Polemika.az xəbər verir ki, bu barədə müğənni Dilarə Kazımova “Söz-baz” proqramında danışıb.

Müğənni keçmiş həyat yoldaşı ilə qısqanclıq səbəbindən ayrıldıqlarını deyib:

“Çox qısqanc idi. Bu səbəbdən ayrıldıq. Mənim üçün çox çətin idi. Heç nə etmirdim, amma dava edirdik. Qışqırmaqdan səsim işləmirdi. İki il birlikdə olduq, amma başa düşdüm ki, artıq ayrılmalıyıq".

Xatırladaq ki, D.Kazımova 2014-cü ildə Türkiyə vətəndaşı Mərd Aslanla ailə qurub. Cütlük rəsmi olaraq 2018-ci ildə boşanıb.

Dilarə boşanmasından danışdı: “Qışqırmaqdan səsim işləmirdi” - Video