Məktəbə hücumla bağlı araşdırma aparılır - DİN

Məktəbə hücumla bağlı araşdırma aparılır - DİN

Məktəbə hücumla bağlı araşdırma aparılır - DİN

Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Polemika.az-a bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.

Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.

 

 

Məktəbə hücumla bağlı araşdırma aparılır - DİN