“Mütləq şəkildə kişi olmağa ehtiyac yoxdur”

“Mütləq şəkildə kişi olmağa ehtiyac yoxdur”

“Mütləq şəkildə kişi olmağa ehtiyac yoxdur”

“Bir neçə gün bundan əvvəl Kanal S peyk və kabel televiziyasında yayımlandı. Fevralın 14-dən isə yeni layihələrimiz başlayacaq. Bir neçə layihələrimiz var, onların içərisində sağlamlıq, əyləncə, turizm, ailə, axşam şousu, xəbərləri və s. misal çəkə bilərəm. Tamaşaçılar Kanal S-də yeni simalar, aparıcılar görəcək”

Bunu Moderator.az-a açıqlamasında müğənni, bu günlərdə Kanal S də baş prodüsser vəzifəsinə təyin olunan Roza Zərgərli deyib. O daha sonra əlavə edib.

“Müqaviləyə əsasən “Tam vaxtıdır” verilişim mövsümün sonuna qədər ARB-də yayımlanacaq. Çünki müqavilə bağlamışıq. Gələn mövsümdə ola bilsin ki, Kanal S də çıxış etdim. Mənim üçün öncə kanalın maraqlarıdır, nəinki mənim aparıcılıq etməyim. Kanal S-də də ARB-dəki kimi heç bir müğənniyə qadağalar yoxdur. Yalnız sənətlə məşğul olanlar verilişlərimizə qatılacaqlar. Sosial mediya ifaçıları olmayacaq” deyə müğənni bildirib.

Roza Zərgərli işdən yorulmadığını bildirib. “Sənətlə məşğul olan insanların şəxsi həyata, ailəyə vaxtları olmur. Çətin işlərin öhdəsindən gəlmək üçün mütləq şəkildə kişi olmağa ehtiyac yoxdur. Əslində bu mənim üçün çətin də deyil. Çünki mən işə içdən yanaşıram, yanaşdığım  üçün də hər şeyin öhdəsindən gəlirəm. Allah bizi bu işimizdən utandırmasın” deyə müğənni bildirib.

 

“Mütləq şəkildə kişi olmağa ehtiyac yoxdur”