Sarkisyan yenə öz ritorikasında: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq”

Sarkisyan yenə öz ritorikasında: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq”

Sarkisyan yenə öz ritorikasında: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq”

“Artsax (Qarabağ-red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.

Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan özünün son müsahibəsində bəyan edib. O deyib ki, dağıdıcı müharibəyə, kapitulyasiyaya baxmayaraq bunun üçün hələ imkanlar var.

O imkanların nədən ibarət olduğunun detallarına varmayıb: “Məyusluq atmosferi hökm sürür. Və bunların (mən Azərbaycanın mövcud hakimiyyətini nəzərdə tuturam) Dağlıq Qarabağ probleminin artıq həll olunduğuna dair bəyanatları hansısa bir şəkildə adamlara təsir edib. Mən gəlmişəm bir də deyim ki, Artsax (Qarabağ-red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bunun üçün dağıdıcı müharibəyə və təslimə baxmayaraq hələ imkanlar var”.

Sarkisyan danışıqlar prosesinin bərpa olunmasını necə təsəvvür etdiyi barədə suala cavab verməyib. O sadəcə olaraq deyib ki, “bunun üçün imkan var” və hazırkı hakimiyyətdən bu yolla getməyi tələb etmək lazımdır:

“Biz həqiqətən də yalnız sözdə yox, ciddi tələblər irəli sürməliyik. Və əgər biz bu tələbləri yaxşı təsəvvür edə bilsək, düşünürən ki, hansısa müddətdən sonra, hansısa bir dərəcədə danışıqlar prosesi bərpa olunar”.

Amma Sarkisyan vurğulayıb ki, Paşinyanın administrasiyası buna qadir deyil.

Sarkisyan müsahibədə həmsədrlərin “Qarabağ muxtar vilayətinə” status təklif etdiklərini deyib , amma təklifin konkret hansı statusdan getdiyini açıqlamayıb: “Təklif aydın verilmişdi: problem kompromislər əsasında həll olunmalı, Dağlıq Qarabağ muxtar vilayəti status almalı idi. O Azərbaycanın tərkibində ola bilməzdi... Daha doğrusu bağışlayın, mən demirəm ki, onlar lap elə “ola bilməz” demişdilər. Mən ehtimal edirəm ki, referendum keçirilsə, aydın idi ki, qərar necə olacaq”.

 

Sarkisyan yenə öz ritorikasında: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq”