MUSİAD - Azərbaycana Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

MUSİAD - Azərbaycana Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

MUSİAD - Azərbaycana Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

MUSİAD Azərbaycan, Mediasiya Şurasının rəhbərliyi və Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri arasında əməkdaşlığın müzakirəsinə dair görüşü keçirilib.

“Polemika.az” xəbər verir ki, görüşdə Şura və MUSİAD Azərbaycan arasında əməkdaşlıq imkanlarından, kommersiya və əmək mübahisələrinin mediasiyada həllindən, mediasiyanın biznes mühitində təbliği, kommersiya mübahisələrinin mediasiya yolu ilə həlli və bir çox məsələlər müzakirə olunub.

Görüşdə MUSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, sədrin müavini Sait Yinanc, İdarə Heyətinin üzvləri Yusif Hüseynov, Hüseyin Yapar, Alim Şentürk, baş katib Muhterem Öz, dərnək üzvləri Polad Cabbarlı, Haşım Əliyev işturak edib. 

Mediasiya Şurasından isə görüşdə İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının üzvü Mayıl Əhməd və digərləri iştirak edib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki Türkiyəli iş adamlarının baş verən kommersiya mübahisələrininn həllində və eyni zamanda mediasiya proseslərində iştirakları ilə bağlı Mediasiya Şurası hər cür dəstəyi Şurasının üzvü olan təşkilatlar vasitəsi ilə şirkətlərə göstrəcək.

MUSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli qeyd edib ki, MUSİAD Azərbaycanın üzvü olan şirkətlərdə mülki və inzibati mübahisələrin mediasiyada həlli üçün də Şuranın üzvü olan mediasiya təşkilatları ilə əməkdaşlıq etmək üçün ciddi zərurət var. 

Qeyd edilən məsələlərin çevik həlli və əməkdaşlığın balanması məqsədi ilə Mediasiya Şurası və MUSİAD Azərbaycan arasında anlaşma memarandumu imzalanıb və əlaqələndirci şəxslər müəyyən edilib.  

 

MUSİAD - Azərbaycana Mediasiya Şurası ilə əməkdaşlıq edəcək