Müşavir: "Kiyevdə vəziyyət nəzarət altındadır"

Müşavir: "Kiyevdə vəziyyət nəzarət altındadır"

Müşavir: "Kiyevdə vəziyyət nəzarət altındadır"

"Kiyev və onun ətrafında vəziyyət nəzarət altındadır".

Polemika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Kiyev şəhəri bir nömrəli prioritetdir. Çünki Rusiya Federasiyasının elan etdiyi xüsusi əməliyyatın əsas məqsədi Ukraynanın siyasi və hərbi rəhbərliyini məhv etməkdir", - deyə Podolyak vurğulayıb.

O, hazırda vəziyyətin nəzarət altında olduğunu vurğulayıb:

"Həm şəhərdə, həm də Kiyevin kənarında vəziyyət nəzarət altındadır. Təxribat-kəşfiyyat qrupuna qarşı Milli Polisin nümayəndələri fəal mübarizə aparır, ərazi özünümüdafiə nümayəndələri də eyni dərəcədə effektiv mübarizə aparırlar", – Podolyak əlavə edib.

 

Müşavir: "Kiyevdə vəziyyət nəzarət altındadır"