"Mümtaz" düyüsündən qurd çıxdı - Teleaparıcıdan etiraz

"Mümtaz" düyüsündən qurd çıxdı - Teleaparıcıdan etiraz

"Mümtaz" düyüsündən qurd çıxdı - Teleaparıcıdan etiraz

Teleaparıcı Aytən Səfərova marketdən aldığı düyünün içərisindən həşəratlar çıxdığını bildirib.

Polemika.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında görüntülər yayıb.

Aparıcı qeyd edib ki, "Mumtaz" markalı düyünü suya tökən zaman içindən qara həşəratlar çıxıb.

"Mumtaz" düyüsü aldım, baxın, hər şey normaldır. Ağzını təzəcə açdım və içində balaca qara cücülər var. Başa düşürəm aşın üstündə qarası olar, amma bu dərəcədə yox. İndi kimsə çıxıb bəyanat yayacaq, deyəcəklər ki, yox, siz belə etmisiniz, mənim heç bir düyü ilə problemim yoxdur. Üstündəki tarixdə "2024-cü ilə qədər" göstərib" – deyə teleaparıcı şikayətlənib.

Həmin görüntüləri təqdim edirik:

"Mümtaz" düyüsündən qurd çıxdı - Teleaparıcıdan etiraz