"Barselona"ya qalib gələcəyimizə inanırıq" - Baş məşqçi

"Barselona"ya qalib gələcəyimizə inanırıq" - Baş məşqçi

"Barselona"ya qalib gələcəyimizə inanırıq" - Baş məşqçi

"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə keçirəcəkləri ilk oyun haqqında danışıb.  

Polemika.az xəbər verir ki, 59 yaşlı mütəxəssis növbəti mərhələyə yüksələcəklərinə inandığını söyləyib:

"Xavinin "Barselona"sı hazırda çox yaxşı formadadır. Bu heç kimə sirr deyil. Çempionlar Liqasında olsaydılar da, yaxşı çıxış edərdilər. Bəzi dəyişikliklər edəcəyik. "Konyaspor"la matçda da etmişdik. Böyük və keyfiyyətli komandaya qarşı oynayacağıq. Mərhələni keçəcəyimizə inanırıq".

"Barselona" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə saat 00:00-da "Kamp Nou" stadionunda keçiriləcək.

"Barselona"ya qalib gələcəyimizə inanırıq" - Baş məşqçi