Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi

Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi

Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi

Qırğızıstan-Tacikistan sərhədində insident baş verib.

Polemika.az "24.kg"-yə istinadla xəbər verir ki, bu gün saat 10.50 radələrində Tacikistan sərhəd dəstəsi sərhədin təyin olunmamış hissəsində növbətçilik edərkən, əvvəllər istifadə olunan marşrutu dəyişərək, yeni sərhəd xəttinə keçib. Qırğızıstan sərhədçiləri ərazini tərk edib.

Tacikistan sərhədçilərinin olduğu yerə əlavə qüvvələr gəlib. Tacikistanın sərhədçiləri say üstünlüyündən istifadə edərək yeni sərhədə keçməyə çalışıblar. Lakin Qırğızıstan sərhədçiləri Tacikistan Respublikasının hərbçilərinə öz niyyətlərini həyata keçirməyə imkan verməyiblər.

Nəticədə 10 dəqiqəyə yaxın davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb. Amma Tacikistan tərəfdən yaralılar var.

Hazırda iki ölkənin sərhəd nümayəndələri danışıqlar aparır.

Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi