"Müharibədən sonra bizə daha çox hörmət etməyə başladılar" - Siyasi şərhçi

"Müharibədən sonra bizə daha çox hörmət etməyə başladılar"

"Müharibədən sonra bizə daha çox hörmət etməyə başladılar" - Siyasi şərhçi

44 günlük Vətən Müharibəsi uzun illər işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə başa çatdı. Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycan bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başladı. Yalnız özünün maliyyə resurslarına arxalanan Azərbaycanın qısa müddət ərzində bölgənin simasını dəyişən layihələr həyata keçirməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yaşlı enerji bölgələri elan edilməsi Azərbaycan prezidentinin nüfuzunu daha da artırdı. İlham Əliyevin İƏT-də “qurucu lider” kimi tanınması da bunu sübut edir. 

İlham Əliyevin İƏT-də "qurucu lider" kimi qəbul olunması, regionda sözü keçən personalardan birinə çevrilməsi Azərbaycanın və bölgənin bundan sonrakı inkişafında hansı rolu oynacaq?

Ümumiyyətlə bölgənin yeni siyasi mənzərəsində İlham Əliyevin, yerini və rolunu necə qiymətləndirmək olar?

Siyasi şərhçi Azər Həsrət Polemika.az-a açıqlamasında deyib ki, İlham Əliyev təkcə bölgəmizdə deyil, dünyanın hər tərəfində özəllikləri ilə diqqət çəkir:

“Ümumiyyətlə, 44 günlük savaşa qədəri dönəmdə də Prezident İlham Əliyev bizim yerləşdiyimiz bölgənin lider siyasətçilərindən biri kimi qəbul edilirdi. Sadəcə bizim bölgəmizdə deyil, dünyanın hər tərəfində özünün bir lider olaraq xarizması, davranışları, yanaşması, özəllikləri və etibarlılığı ilə diqqət çəkirdi. Bu baxımdan həmişə İlham Əliyev diqqət mərkəzində olub. Lakin 44 günlük Vətən savaşı başladığı gündən onun liderlik keyfiyyətləri yeni bir şəkildə özünü göstərdi. Dünya gördü ki, öz dövlətinin və xalqının etimadını qazanaraq, uzun illərdən bəri yığılıb qalan bir problemi kökündən həll etmək üçün hansı qətiyyəti və bacarığı ortaya qoydu”.

Azər Həsrətin sözlərinə görə, dövlətlər istər bölgə səviyyəsində, istərsə də beynəlxalq və qlobal səviyyədə daha irəli getmək istəyirlər:

“Təbii ki, 44 günlük savaş böyük zəfərlə başa çatdıqdan sonra istər-istəməz dünyanın ən böyük dövlətləri, gücləri Azərbycana daha diqqət və hörmətlə yanaşmağa başladılar. Bu baxımdan İƏT-da bu uğur, yanaşma təsadüfi deyil. Çünki bu təşkilatda bizim bölgəmizin dövlətləri birləşib. Dövlətlər istər bölgə səviyyəsində, istərsədə beynəlxalq, qlobal səviyyədə daha irəli getmək istəyirlər.

Ona görə də İlham Əliyevin qeyd etdiyim bacarıq və təcrübəsini nəzərə alaraq ona münasibət göstərirlər. Adicə şəkillər, videolar, qeyri-rəsmi söhbətlər və görüntülər də ondan xəbər verir ki, qonşu dövlətlərin rəhbərləri İlham Əliyevə üstün sayğı göstərirlər. Onunla təmasda olmaqdan əlavə bir zövq alırlar. Əlbətdə ki, bütün bunlar İlham Əliyevin liderlik keyfiyətlərinin, xarizmasının qabarıqlığından xəbər verir. Ona görə də bundan sonra nəinki qeyd olunan təşkilatlar, ümumiyyətlə bütün regional və qlobal təşkilatlarda hörmət, maraq getdikcə artacaq.

Düşünürəm ki, İlham Əliyev Azərbaycan üçün əldə etdiyi o böyük uğurların ardından qlobal səviyyədə ehtiyac duyulan liderlərdən biri kimi parlamaqdadır. Bu baxımdan düşünrəm ki, Azərbaycan qabaqda məhz İlham Əliyevin şəxsində çox ciddi uğurlara, tanınmalara imza atacaq”.

Nəzrin Vahid 

"Müharibədən sonra bizə daha çox hörmət etməyə başladılar" - Siyasi şərhçi