Ana pozğun, ata narkoman... - "Qız erkən yaşda..."

Ana pozğun, ata narkoman...

Ana pozğun, ata narkoman... - "Qız erkən yaşda..."

DİN-in gündəlik kriminal bülletenində evdən qaçan qızlarla bağlı məlumatlara tez-tez rast gəlinir və nazirliyin özü də öz narahatlığını bildirib. Qurum valideynləri qız övladlarına qarşı diqqətli olmağa çağırıb.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, az yaşlı qızların evdən qaçması, həqiqətən, təkcə Daxili İşlər Nazirliyini deyil, hamını narahat etməlidir.

“Qızların evdən qaçması halı müxtəlif səbəblərə görə ola bilər. Əsasən valideynlər uşaqları nəzarətsiz qoymasından. "Tik-Tok", "İnstaqram" kimi sosail platformalarda cəlbedici, göz oxşayan fikirləri, ya da insanları görəndə onlara elə gəlir ki, daha tez nəyəsə nail ola biləcəklər. Halbuki valideynlər daha məqsədyönlü davranış sərgiləyə bilər. Onlar uşaqların azadlıqlarını təmin etməsi üçün şərait yaratmalıdır.

Qızların evdən qaçması ilə bağlı qarşılaşdığımız hadisələrin kökündə daha çox ailədaxili zorakılıq hadisələri durur. Çox vaxt ana assosial, ata əyyaş, yaxud narkotik aludəçisi olur. Bu hallarda, təbii ki, uşaqlar da təsirlənir. Qızlar bu mühitdə qalmamaq üçün yeniyetmə qızlar evi tərk edirlər. 

Cins fərqi qoymadan, yəni oğlan, ya qızın erkən yaşda, hazırlıqsız olaraq ailəni tərk etməsi çox acı nəticələr doğurur. Bəzi ailələr, ümumiyyətlə, uşaqları ilə dil tapa, zamanın nəbzini tuta bilmir, uşaqlarını zorakı yolla özlərinə tabe etdirmək istəyirlər. Buna görə də, uşaqları təhsildən yayındırır, erkən nikaha məcbur edirlər. Bütün bunlar indiki və gələcək nəsil üçün olduqca qeyri-məqbul hallardır”.

Ayzel

 

Ana pozğun, ata narkoman... - "Qız erkən yaşda..."