Müğənni Vəfa: "Həyat yoldaşım həci deyil, hər gün vurandı" - Video

Müğənni Vəfa: "Həyat yoldaşım həci deyil, hər gün vurandı"

Müğənni Vəfa: "Həyat yoldaşım həci deyil, hər gün vurandı" - Video

Müğənni Vəfa Şərifova TikTok-da canlı yayımda olarkən izləyiciləri ona həyat yoldaşı ilə küsməsi haqda şərhlər yazıb.

Polemika.az xəbər verir ki, sənətçi ərinin həci olması haqda yazılanlara belə reaksiya verib:

"Yoldaşım həci deyil, hər gün vurandır. Birincisi, yoldaşım həci-məci deyil, ikincisi də, əldən getməyib. Nə dalaşmışıq, nə də ayrılmışıq. Hamıda küsmə, barışma olur".

Şərh bölməsində izləyicilər onun həyat yoldaşının iş adamı Famil Xəlilovun olduğunu yazıb.

Qeyd edək ki, F.Xəlilovun mediada bir çox tanınmış xanımla adı hallanıb. Onlardan biri də müğənni Şəbnəm Tovuzlu olub. İfaçı özü bunu mediaya açıqlayıb.

Daha sonra iş adamının Vəfa ilə münasibətdə olması hər iki ifaçı arasında mübahisəyə səbəb olub. Bir müddət əvvəl də Şəbnəmlə Vəfa bir-birinin ünvanına təhqirlər səsləndirmişdi.

Vəfanın qızının atasının da F.Xəlilov olduğu iddia edilir./Axşam.az

Müğənni Vəfa: "Həyat yoldaşım həci deyil, hər gün vurandı" - Video