Məşhurların hiddəti: "Onun özünü hamilə qoymaq lazımdır" 

Məşhurların hiddəti: "Onun özünü hamilə qoymaq lazımdır" 

Məşhurların hiddəti: "Onun özünü hamilə qoymaq lazımdır" 

İmişli rayonunda 11 yaşlı qızı atalığının zorlaması və azyaşlı qızın hamilə qalması xəbəri sənət aləmində də böyük hiddət və müzakirələr doğurub. 

Polemika.az xəbər verir ki, məşhurlar mövzuya səssiz qalmayıblar. Onlar sosial şəbəkələrdə paylaşım edərək baiskarı sərt şəkildə qınayıblar. 

Rejissor Kənan MM 11 yaşlı qızı hamilə qoyan atalığa qarşı sərt fikirlər səsləndirib: "Onun özünü hamilə qoymaq lazımdır". 

Müğənni Nigar Camal: "Mən bilmirəm nə yazım, nə deyim?! Dünəndən bəri 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan? Necə şərəfsiz olasan ki,11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir bu təcavüzə məruz qalıb. Anası da susub... Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərmiydi iki körpənin həyatını məhv etməyə? Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, "olmaz"larla yox, daha şirin və yumuşaq dillə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq. Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın! Xüsusilə, bu "atalığ"a ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib".

Əsmətxanım

 

Məşhurların hiddəti: "Onun özünü hamilə qoymaq lazımdır"