Müğənni səhnədə ağladı - Səbəb

Müğənni səhnədə ağladı

Müğənni səhnədə ağladı - Səbəb

britaniyalı müğənni Adel London konsertində qarşılaşdığı sürprizlə göz yaşlarına qərq olub.

Polemika.az xəbər verir ki, konsertdə aktrisa Dam Emma Tompson Adelə gənc yaşlarında kimdən ilham aldığı ilə bağlı sual ünvanlayıb.

İfaçı ingilis dili müəllimi Makdonaldın adını çəkərək bu sözləri işlədib:

“İngilis dilimdə problem var idi, amma indi mahnıların sözlərini yazıram. Makdonald çox harizmatik və cəlbedici idi. O, həqiqətən bizimlə maraqlanırdı. İngilis dili dərslərimi səbirsizliklə gözləyirdim”.

Müğənni səhnədə ingilis dili müəllimini gördükdən sonra kövrəlib və onlar qucaqlaşıblar. 

Adel ağladıqdan sonra pozulan makiyajını yeniləmək üçün qısa müddətə səhnəni tərk edib.

Müğənni səhnədə ağladı - Səbəb