Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün həll olunacağına inanırıq"

Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün həll olunacağına inanırıq"

Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün həll olunacağına inanırıq"

“Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq".

Polemika.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib: "Önəmli olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.

Nazirin sözlərinə görə, Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil olub.

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın”.

Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün həll olunacağına inanırıq"