Millimizin futbolçusu 32 yaşında karyerasını bitirdi - Səbəb

Millimizin futbolçusu 32 yaşında karyerasını bitirdi

Millimizin futbolçusu 32 yaşında karyerasını bitirdi - Səbəb

“Səbail”in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.

Polemika.az xəbər verir ki, onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.

Qeyd edək ki, 32 yaşlı Şəhriyar Rəhimov “Ədliyyə”, “İnter” (indiki “Keşlə”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz” və “Zirə” klublarının formasını geyinib.

2018-ci ildən millimizdə 9 oyun keçirmiş futbolçu 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə “Səbail”in heyətində çıxış edib. O, “dənizçilər”də ümumilikdə 50 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının autsayderi olan “Səbail”in digər futbolçusu, millimizin qapıçısı Kamran Ağayev ötən ay karyerasını bitirdiyini açıqlamışdı. Şəhriyar Rəhimov futbolçu karyerasını bitirib

Millimizin futbolçusu 32 yaşında karyerasını bitirdi - Səbəb