Kişi olduğu deyilən iranlı qapıçı: "Yeganə günahım çirkin olmağımdır"

Kişi olduğu deyilən iranlı qapıçı: "Yeganə günahım çirkin olmağımdır"

Kişi olduğu deyilən iranlı qapıçı: "Yeganə günahım çirkin olmağımdır"

İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Koudai İordaniya Futbol Federasiyasının onun cinsini araşdırmasına münasibət bildirib.

Polemika.az xəbər verir ki, o, “Xəndansports” nəşrinə açıqlamasında qısaca olaraq deyib: “Mənim yeganə günahım çirkin olmağımdır”.

Xatırldaq ki, Asiya kuboku-2022-nin seçmə mərhələsində İordaniya ilə keçirilən oyunda Zörə Koudai penaltilər seriyasında (4:2) qurtarışları ilə yadda qalıb. Qələbə sayəsində İran millisi Asiya kubokunun final mərhələsinə yüksəlib.

Bundan sonra isə İordaniya Futbol Federasiyası sözügedən maçtda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu iddiası  FİFA-ya şikayət edib və onun cinsinin yoxlanılmasını istəyib. İnternetdə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkili yayılıb. 

Kişi olduğu deyilən iranlı qapıçı: "Yeganə günahım çirkin olmağımdır"